Rodrinin karyerasını “Mançester Siti”də davam etdirmək şansı var.
"Football-plus.az" xəbər verir ki, rəhbərlik yarımmüdafiəçi ilə yeni müqavilə imzalamağı planlaşdırır. Artıq İngiltərə klubu ispaniyalı futbolçu ilə danışıqlara başlayıb. Tərəflərin ilin sonunadək razılığa gələcəyi gözlənilir.
29 yaşlı yarımmüdafiəçi MS-də 2019-cu ildən çıxış edir. O, cari mövsümdə komanda ilə 7 matçda meydana çıxıb.
Qeyd edək ki, Rodri 2024-cü ildə “Qızıl top” mükafatına layiq görülüb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta