“Napoli”nin yarımmüdafiəçisi Skott MakTominay yaxın gələcəkdə İngiltərəyə dönəcəyi ilə bağlı yayılan xəbərlərə son qoyub.
90deqiqe.Az-ın məlumatına görə, “Sky Sports” 28 yaşlı futbolçunun dediklərini belə çatdırıb.
“Mən həqiqətən “Napoli”də xoşbəxtəm”
2025/2026 mövsümündə şotlandiyalı 11 oyunda meydana çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Transfermarkt portalı futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir.
“Napoli” son matçda səfərdə “Leççe”ni 1:0 hesabı ilə məğlub edib və Antonio Kontenin komandası Seriya A-da liderliyini qoruyub.
 
                        