AZ

MakTominay “Napoli”də qalır

“Napoli”nin yarımmüdafiəçisi Skott MakTominay yaxın gələcəkdə İngiltərəyə dönəcəyi ilə bağlı yayılan xəbərlərə son qoyub.

90deqiqe.Az-ın məlumatına görə, “Sky Sports” 28 yaşlı futbolçunun dediklərini belə çatdırıb.

“Mən həqiqətən “Napoli”də xoşbəxtəm” 

2025/2026 mövsümündə şotlandiyalı 11 oyunda meydana çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Transfermarkt portalı futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir.

“Napoli” son matçda səfərdə “Leççe”ni 1:0 hesabı ilə məğlub edib və Antonio Kontenin komandası Seriya A-da liderliyini qoruyub.

Seçilən
47
90deqiqe.az

1Mənbələr