EN

Əməkdar artist sabiq Baş nazirin kürəkənini TƏNQİD ETDİ - VİDEO

Əməkdar artist Babək Niftəliyev xanəndə Pərviz Qasımova irad bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə o, “Gün ortası” verilişində danışıb.

B. Niftəliyevin Pərvizin idman stilində muğam oxumasını tənqid edib:
 

“O geyimdə oxuyub, özünə hörmət etməyib. Heç olmasa muğamımıza hörmət etsin. Muğamımızın Xan Şuşinskisi, Yaqub Məmmədovu, Arif Babayevi olub. Alim Qasımovumuz, Mənsum İbrahimovumuz, Xalq artistlərimiz, neçə-neçə sənətkarlarımız var. Baxsın ki, onlar necə geyinir, hansı tərzdə çıxışlar edir”.


Qeyd edək ki,  Pərviz bodibildinq yarışında 1-ci yerə çıxıb. Xanəndəliklə paralel idmanla da məşğul olan sənətçinin zaman-zaman videoları müzakirə olunur. Onun idman geyimində muğam ifaları birmənalı qarşılanmır.

Onu da xatırladaq ki, Pərviz sabiq baş nazir Novruz Məmmədovun kürəkənidir.


Sara, Bizim.Media

Chosen
32
1
bizim.media

2Sources