AZ

Əməkdar artist sabiq Baş nazirin kürəkənini TƏNQİD ETDİ VİDEO

ain.az bildirir, Bizim media saytına əsaslanaraq.

Əməkdar artist Babək Niftəliyev xanəndə Pərviz Qasımova irad bildirib.Bizim.Media xəbər verir ki, bu barədə o, “Gün ortası” verilişində danışıb.B. Niftəliyevin Pərvizin idman stilində muğam oxumasını tənqid edib:

 

“O geyimdə oxuyub, özünə hörmət etməyib. Heç olmasa muğamımıza hörmət etsin. Muğamımızın Xan Şuşinskisi, Yaqub Məmmədovu, Arif Babayevi olub. Alim Qasımovumuz, Mənsum İbrahimovumuz, Xalq artistlərimiz, neçə-neçə sənətkarlarımız var. Baxsın ki, onlar necə geyinir, hansı tərzdə çıxışlar edir”.

Qeyd edək ki,  Pərviz bodibildinq yarışında 1-ci yerə çıxıb. Xanəndəliklə paralel idmanla da məşğul olan sənətçinin zaman-zaman videoları müzakirə olunur. Onun idman geyimində muğam ifaları birmənalı qarşılanmır.Onu da xatırladaq ki, Pərviz sabiq baş nazir Novruz Məmmədovun kürəkənidir.

Sara, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
bizim.media

2Mənbələr