Bakı. Trend:
İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsinin bir sıraoyunları keçirilib.
Trend xəbər verirki, "Liverpul" isə doğma azarkeşləri önündə "Kristal Pelas"a 0:3hesabı ilə uduzub və turnirdən kənarlaşıb.
"Çelsi" səfərdə "Vulverhempton"u 4:3 hesabı ilə məğlub edərəknövbəti mərhələyə adlayıb.
"Mançester Siti" aşağı liqa təmsilçisi "Suonsi"ni səfərdə 3:1hesabı ilə üstələyərək 1/4 finala vəsiqəni təmin edib.
"Arsenal" öz meydanında "Brayton"u 2:0 hesabı ilə məğlub edərəknövbəti mərhələyə yüksəlib.
