ain.az, Bakupost portalına istinadən məlumat verir.
Ağstafa rayonunda kafedə bıçaqlanma hadisəsi baş verib.
Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə rayon ərazisində yerləşən kafelərdən birində baş verib.
Kafedə xidmətçi işləyən rayon sakini, 1982-ci il təvəllüdlü Esmira Kiçikova iş yerində bıçaq xəsarətləri alıb.
Qadın Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində E.Kiçikovaya kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən, Qazax rayon sakini, 30 yaşlı Elmin Qocayev saxlanılıb.
Araşdırmalar davam etdirilir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.