AZ

Kafedə qadın bıçaqlandı

Ağstafa rayonunda kafedə bıçaqlanma hadisəsi baş verib.
ONN media xəbər verir ki, hadisə rayon ərazisində yerləşən kafelərdən birində baş verib.
Kafedə xidmətçi işləyən rayon sakini, 1982-ci il təvəllüdlü Esmira Kiçikova iş yerində bıçaq xəsarətləri alıb.
Qadın Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində E.Kiçikovaya kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən, Qazax rayon sakini, 30 yaşlı Elmin Qocayev saxlanılıb.
Araşdırmalar davam etdirilir.
Seçilən
7
3
onn.az

10Mənbələr