EN

Məmmədbəyli kəndində 39 beşotaqlı ev inşa edilib

Zəngilan. Trend:

Jurnalistlər Prezidentin izi ilə Zəngilana təşkil edilmiş səfərçərçivəsində rayonun Məmmədbəyli kəndində olublar.

Trend-inQarabağ bürosunun xəbərinə görə, Cəbrayıl, Qubadlı, Zəngilanrayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətləəlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva kənd haqqında medianümayəndələrinə məlumat verib.

O bildirib ki, kəndin ümumi sahəsi 51,6 hektardır.

Kənddə 188 fərdi ev inşa edilib ki, onlardan 39-u iki, 55-i üç,55-i dörd və 39-u beşotaqlıdır. Hər bir ev üçün həyətyanı ərazinəzərə alınaraq hasarlanıb. Evlərdə Günəş panelləri quraşdırılıb,onlar su, işıq, qaz, yüksəksürətli internet şəbəkəsi ilə təminolunub. Kənddaxili yollar asfaltlanıb.

Kənddə çoxfunksiyalı 2 qeyri-yaşayış binası da inşa olunub.İnzibati binalarda, eləcə də keçid və istinad divarlarında zövqləişlənmiş rəsmlər çəkilib. Bu isə kəndin ümumi görünüşünə əlavəçalarlar qatır.

Məmmədbəyli kəndi Ağalı kəndinə çox yaxın məsafədəyerləşdiyindən iqtisadi səmərəliliyin təmin olunması məqsədilə bukəndləri birləşdirən keçid inşa edilib ki, bu da 360 şagird yerlikAğalı kənd tam orta məktəbindən, 60 yerlik uşaq bağçasından, Ailəsağlamlıq mərkəzindən, məişət xidməti obyektindən, xidmətlərmərkəzindən, aptekdən, bazar kompleksindən və digər qeyri-yaşayıştəyinatlı obyektlərdən istifadənin rahatlığını təmin edəcək.

Chosen
12
49
az.trend.az

10Sources