AZ

Zəngilanın Məmmədbəyli kəndində çoxfunksiyalı 2 qeyri-yaşayış binası da inşa olunub

ZƏNGİLAN, 30 oktyabr. TELEQRAF

Jurnalistlər Prezidentinizi ilə Zəngilana təşkil edilmiş səfər çərçivəsində Məmmədbəyli kəndində olub.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, kənd haqqında Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva media nümayəndələrinə məlumat verərək bildirib ki, kəndin ümumi sahəsi 51,6 hektardır.

Kənddə 188 fərdi ev inşa edilib ki, onlardan 39-u iki, 55-i üç, 55-i dörd və 39-u beşotaqlıdır. Hər bir ev üçün həyətyanı ərazi nəzərə alınaraq hasarlanıb. Evlərdə Günəş panelləri quraşdırılıb, onlar su, işıq, qaz, yüksəksürətli internet şəbəkəsi ilə təmin olunub. Kənddaxili yollar asfaltlanıb. Kənddə çoxfunksiyalı 2 qeyri-yaşayış binası da inşa olunub. İnzibati binalarda, eləcə də keçid və istinad divarlarında zövqlə işlənmiş rəsmlər çəkilib. Bu isə kəndin ümumi görünüşünə əlavə çalarlar qatır. Məmmədbəyli kəndi Ağalı kəndinə çox yaxın məsafədə yerləşdiyindən iqtisadi səmərəliliyin təmin olunması məqsədilə bu kəndləri birləşdirən keçid inşa edilib ki, bu da 360 şagird yerlik Ağalı kənd tam orta məktəbindən, 60 yerlik uşaq bağçasından, Ailə sağlamlıq mərkəzindən, məişət xidməti obyektindən, xidmətlər mərkəzindən, aptekdən, bazar kompleksindən və digər qeyri-yaşayış təyinatlı obyektlərdən istifadənin rahatlığını təmin edəcək.

Seçilən
11
9
teleqraf.com

10Mənbələr