Baş nazirin sözlərinə görə, Ermənistan və Türkiyə arasında artıq müsbət dialoq formalaşıb və normallaşma prosesi ardıcıl şəkildə inkişaf edir.
Paşinyan bu barədə əminliyini ifadə edib: "Düşünürəm ki, bu baş verəcək, lakin nə qədər sürətli olacağı başqa məsələdir. Biz tam diplomatik əlaqələrin, açıq sərhədlərin, iqtisadi və siyasi əməkdaşlığın olacağı və normal qonşulara çevriləcəyimiz mərhələyə yaxınlaşırıq."
Hökumət başçısı bir daha vurğulayıb ki, əlaqələrin qurulması və sərhədin açılması vaxt məsələsidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31