AZ

Paşinyan: Türkiyə ilə sərhədin açılmasına ciddi maneələr qalmayıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan Baş Naziri Nikol Paşinyan Paris Sülh Forumunun 8-ci tədbirində çıxışı zamanı bəyan edib ki, hazırda Ermənistan və Türkiyə arasında sərhədin açılması və diplomatik əlaqələrin qurulması üçün ciddi maneələr yoxdur.

Baş nazirin sözlərinə görə, Ermənistan və Türkiyə arasında artıq müsbət dialoq formalaşıb və normallaşma prosesi ardıcıl şəkildə inkişaf edir.

Paşinyan bu barədə əminliyini ifadə edib: "Düşünürəm ki, bu baş verəcək, lakin nə qədər sürətli olacağı başqa məsələdir. Biz tam diplomatik əlaqələrin, açıq sərhədlərin, iqtisadi və siyasi əməkdaşlığın olacağı və normal qonşulara çevriləcəyimiz mərhələyə yaxınlaşırıq."

Hökumət başçısı bir daha vurğulayıb ki, əlaqələrin qurulması və sərhədin açılması vaxt məsələsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
16
12
olaylar.az

10Mənbələr