EN

İranla Azərbaycan arasında gənclər və idman sahəsində əməkdaşlıq müzakirə olunub

Yazını böyüt
Yazını kiçilt

İranın ölkəmizdəki səfiri Müctəba Dəmirçilu ilə gənclər və idman naziri Fərid Qayıbov arasında görüş keçirilib.

Hafta.az-ın yazdığına görə, görüşdə iki ölkə arasında gənclər və idman sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Gənclərin cəmiyyətin inkişafında oynadığı mühüm rol və idman sahəsində əməkdaşlığın ölkələr arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə verdiyi töhfə nəzərə alınaraq, bu potensialdan daha səmərəli və məqsədyönlü şəkildə istifadə olunmasının əhəmiyyəti xüsusi olaraq qeyd edilib.

Görüşdə, həmçinin iki ölkənin gənclər və idman nazirlərinin qarşılıqlı səfərlərinin təşkili, idman sahəsində ikillik əməkdaşlıq proqramının hazırlanması məsələləri müzakirə olunub.

Chosen
27
6
hafta.az

7Sources