Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu ilə görüşüb. İranın Azərbaycandakı səfirliyindən mətbuata bildirilib ki, görüşdə iki ölkə arasında gənclər və idman sahələrində əməkdaşlığın mövcud vəziyyəti, həmçinin inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Gənclərin cəmiyyətin inkişafında oynadığı mühüm rol və idman sahəsində əməkdaşlığın ölkələr arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə verdiyi töhfə nəzərə alınaraq görüş zamanı bu potensialdan daha səmərəli və məqsədyönlü şəkildə istifadə olunmasının əhəmiyyəti xüsusi qeyd edilib. Görüşdə iki ölkənin gənclər və idman nazirlərinin qarşılıqlı səfərlərinin təşkili və idman sahəsində ikillik əməkdaşlıq proqramının hazırlanması məsələləri də müzakirə olunub.
Mətləb