EN

"iPhone 20" köklü şəkildə dəyişəcək

"Apple" korporasiyası "iPhone"un 20 illiyi münasibətilə düyməsiz smartfon təqdim edəcək.

Ölkə.Az-ın xəbərinə görə, bu barədə məşhur insayder "Instant Digital Weibo" bloqunda məlumat verib.

"Apple"ın fiziki düymələrsiz telefon hazırlayacağı barədə şayiələr bir neçə il əvvəl yayılmışdı.

"Instant Digital"in yeni hesabatında bildirilir ki, IT nəhəngi "iPhone"un 20 illiyinə qədər smartfonların dizaynını köklü şəkildə dəyişməyə hazırlaşır. Onun məlumatına görə, yeni cihaz fiziki düymələrsiz olacaq.

İnsayderin sözlərinə görə, "Apple" artıq bərk vəziyyətli (solid-state) düymələrin — cihazın korpusunda yerləşən və toxunuşa cavab verən sensor sahələrin funksional sınaqlarını başa çatdırıb. Şirkət bu sensorlarla açma/söndürmə, səs tənzimləmə, kamera idarəsi və Action düyməsini əvəz etməyi planlaşdırır.

"9to5Mac" nəşrinin jurnalistləri qeyd ediblər ki, yubiley münasibətilə "Apple" xüsusi və unikal cihaz təqdim etməlidir. Onlar xatırladıblar ki, "iPhone X" markanın ilk smartfonunun buraxılmasından 10 il sonra satışa çıxmış və "Home" düyməsiz dizaynı, həmçinin ekranın yuxarısındakı “monobrov” ilə fərqlənmişdi.

Chosen
31
olke.az

1Sources