EN

Si Cinpin: Çinlə ABŞ dost və tərəfdaş olmalıdır

Çin və ABŞ birlikdə işləməli və həm iki ölkə, həm də bütün dünyanın yaxşılığı üçün əməkdaşlıq etməlidir...

APA “Xinhua“ya istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ prezidenti Donald Trampla görüşü zamanı deyib.

Onun sözlərinə görə, Tramp böyük həvəslə müxtəlif regional gərginlikləri həll edir və Çin də öz növbəsində müxtəlif münaqişələrin həlli üçün diplomatik səylər göstərir.

Çin lideri qeyd edib ki, ölkəsinin inkişafı Trampın MAGA (Make America Great Again) vizyonu ilə üst-üstə düşür.

“Çin və ABŞ tərəfdaş və dost olmalıdır. Bu tarixin bizə öyrətdiyi şeydir və bizə lazım olan da elə budur”, - Si Cinpin vurğulayıb.

Poliqon.info

Chosen
2
4
poliqon.info

6Sources