Çinlə ABŞ birlikdə çalışmalı, həm iki ölkə, həm də bütün dünyanın yaxşılığı üçün əməkdaşlıq etməlidir.
APA “Xinhua”ya istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampla görüşü zamanı deyib.
Onun sözlərinə görə, Tramp böyük həvəslə müxtəlif regional gərginlikləri həll edir və Çin də öz növbəsində müxtəlif münaqişələrin həlli üçün diplomatik səylər göstərir.
Çin lideri qeyd edib ki, ölkəsinin inkişafı Trampın MAGA (Make America Great Again) baxışı ilə üst-üstə düşür.
“Çinlə ABŞ tərəfdaş və dost olmalıdır. Bu tarixin bizə öyrətdiyi məsələdir və bizə lazım olan da elə budur”, - Si Cinpin vurğulayıb.