EN

“Sabah” FIBA Çempionlar Liqasında növbəti oyununu keçirib

"Sabah" basketbol komandası FIBA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.

90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Fransada “Elan Şalon” ilə qarşılaşıb. Matç Şalon-sur-Son şəhərindəki "Le Kolizey" arenasında keçirilib və rəqibin 84:71 hesablı qələbəsi ilə başa çatıb.

Bu məğlubiyyət "Sabah"ın ardıcıl üçüncü məğlubiyyəti oldu. İlk iki oyunda Azərbaycan təmsilçisi Çexiyanın “Nimburk” klubuna 65:93, Almaniyanın “Alba” kollektivinə isə 76:85 hesabı ilə uduzmuşdu.

Chosen
16
2
90deqiqe.az

6Sources