AZ

“Sabah” FIBA Çempionlar Liqasında növbəti oyununu keçirib

Bakı, 30 oktyabr, AZƏRTAC

“Sabah” basketbol komandası FIBA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi Fransada “Elan Şalon”la qarşılaşıb.

Şalon-sur-Son şəhərində yerləşən “Le Kolizey” arenasında keçirilən matç rəqibin 84:71 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, “Sabah” ilk iki oyunda Çexiya təmsilçisi “Nimburk”a 65:93, Almaniyanın “Alba” kollektivinə isə 76:85 hesabı ilə məğlub olub.

Seçilən
33
2
azertag.az

6Mənbələr