EN

Ağ Şəhərdə parklanma yerini zəbt edən obyekt sahibinə XƏBƏRDARLIQ OLUNDU

Bakıda satış üçün nəzərdə tutulan avtomobillərin ictimai parklanma yerində saxlanması sürücülərin narazılığına səbəb olub.

Musavat.com xəbər verir ki, bu barədə videogörüntü yayımlanıb.

 
Yayılan videogörüntülərdə 1-ci Yaşıl Ada küçəsində, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məxsus parklanma ərazisinin yaxınlıqdakı avtomobillərin satışı ilə məşğul olan salon tərəfindən zəbt edildiyi bildirilir.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən AYNA-nın mətbuat katibi Tural Orucov bildirib ki, artıq əraziyə baxış keçirilib.

Ağ

"Obyekt sahibinə ciddi xəbərdarlıq edilib, bu kimi halların yolverilməz olduğu bildirilib. AYNA tərəfindən parklanma ərazilərində mütəmadi monitorinqlər davam etdirilir", - deyə T.Orucov bildirib.

Artıq ictimai parklanma yerində saxlanılan avtomobillər ərazidən götürülüb.

 

Chosen
8
4
musavat.com

5Sources