AZ

Ağ Şəhərdə parklanma yerini zəbt edən obyekt sahibinə XƏBƏRDARLIQ OLUNDU – VİDEO

Bakıda satış üçün nəzərdə tutulan avtomobillərin ictimai parklanma yerində saxlanması sürücülərin narazılığına səbəb olub.

Bizim.Media xəbər verir ki, bu barədə videogörüntü yayımlanıb.

Yayılan videogörüntülərdə 1-ci Yaşıl Ada küçəsində, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məxsus parklanma ərazisinin yaxınlıqdakı avtomobillərin satışı ilə məşğul olan salon tərəfindən zəbt edildiyi bildirilir.

Məsələ ilə bağlı açıqlama verən AYNA-nın mətbuat katibi Tural Orucov bildirib ki, artıq əraziyə baxış keçirilib.

"Obyekt sahibinə ciddi xəbərdarlıq edilib, bu kimi halların yolverilməz olduğu bildirilib. AYNA tərəfindən parklanma ərazilərində mütəmadi monitorinqlər davam etdirilir", - deyə T.Orucov bildirib.

Oxu.az-ın əldə etdiyi məlumata görə, artıq ictimai parklanma yerində saxlanılan avtomobillər ərazidən götürülüb.


Bizim.Media

Seçilən
4
4
bizim.media

5Mənbələr