EN

Bakıda acınacaqlı vəziyyətdə olan YOL - "Nə piyada, nə də avtomobillər keçə bilir"- VİDEO

İstifadədə olduğu illər ərzində Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xətti ölkəmizin əsas dəmir yolu arteriyasına çevrilərək Azərbaycanın regional nəqliyyat-logistika mövqeyini daha da gücləndirib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Avtosfer.az-a verilən məlumata görə, Orta Dəhlizin əsas seqmentlərindən olan BTQ modernləşdirilərək ötən ildən 5 milyon ton ötürücülük gücü ilə yükdaşımaları həm həcm, həm də sürət baxımından yeni mərhələyə qaldırıb.

Qeyd olunur ki, 8 il əvvəl bu gün Prezident İlham Əliyevin təşəbbüsü ilə inşa edilmiş Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xətti istifadəyə veriib. Bu layihə təkcə Azərbaycanın deyil, bütövlükdə regionun nəqliyyat xəritəsini dəyişdirən strateji addım oldu.

Chosen
23
avtosfer.az

1Sources