İstifadədə olduğu illər ərzində Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xətti ölkəmizin əsas dəmir yolu arteriyasına çevrilərək Azərbaycanın regional nəqliyyat-logistika mövqeyini daha da gücləndirib.
“Azərbaycan Dəmir Yolları” QSC-dən Avtosfer.az-a verilən məlumata görə, Orta Dəhlizin əsas seqmentlərindən olan BTQ modernləşdirilərək ötən ildən 5 milyon ton ötürücülük gücü ilə yükdaşımaları həm həcm, həm də sürət baxımından yeni mərhələyə qaldırıb.
Qeyd olunur ki, 8 il əvvəl bu gün Prezident İlham Əliyevin təşəbbüsü ilə inşa edilmiş Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xətti istifadəyə veriib. Bu layihə təkcə Azərbaycanın deyil, bütövlükdə regionun nəqliyyat xəritəsini dəyişdirən strateji addım oldu.