EN

Nə edim, gərək mən də ona qarşı sevgilisini döyənlər kimi edərdim? - Saakaşvili

BAKI, 30 oktyabr. TELEQRAF

“İndi də məni daim günahlandırırlar ki, niyə 2011–2012-ci illərdə İvanişvilinin yaratdığı təhlükəni hiss edəndə sərt addımlar atmadım”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili deyib.

“Əslində, seçki kampaniyası zamanı insanlara İvanişvilinin seçilməsinin nə vəd etdiyini anlatmaq üçün hər şeyi etdim. Daha çox şey etmək, başqasına baxdığı üçün sevgilinizi döyüb evə qapatmaq kimi olardı. Yəni, İvanişvilini başqa yollarla dayandırsaydım, bu o demək olardı ki, mən də ona oxşayar və diktatura qurardım. Bunu edə bilməzdim, sadə səbəbdən: mən və İvanişvili radikal şəkildə fərqlənirik.

İvanişvilinin insanlara empatiyası sıfırdır, mən isə onları sevirəm. Buna görə də heç vaxt bu təhlükəli cinayətkarın etdiyi kimi hərəkət edə bilməzdim”, - o qeyd edib.

Chosen
13
teleqraf.com

1Sources