Bakı. Trend:
Rusiya hərbi nəqliyyat təyyarələri yarımillik fasilədən sonrayenidən Suriyanın Latakiya şəhərində yerləşən Xmeymimaviabazasından istifadə etməyə başlayıb.
Trend bu barədəxarici KİV-lərə istinadən xəbər verir.
Məlumata əsasən, 26 oktyabr tarixində Rusiya hərbi İL-62təyyarəsi Liviya üzərindən Xmeymimə gəlib və daha sonra Moskvayayola düşüb.
“Flightradar” məlumatlarına görə isə, 24–29 oktyabrtarixlərində, Rusiya Müdafiə Nazirliyinin 224-cü uçuş dəstəsinəməxsus ağır yük təyyarəsi An-124-100 “Ruslan” Xmeymimə üç dəfə enişedib.
“Bloomberg”in Kremllə yaxın əlaqələri olan mənbəsi Suriyadakıaviabazanın Rusiya tərəfindən yenidən istifadə olunduğunutəsdiqləyib.