EN

Rusiya nüvə silahları ilə bağlı xəbərdarlıq etdi

Dayandırılmış nüvə silahı sınaqları bərpa olunarsa, Rusiya da eyni şəkildə hərəkət edəcək. Metbuat.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov belə açıqlama verib. ABŞ Prezidenti Donald Trampın digər ölkələrin nüvə silahı sınaqdan keçirdiyini iddia etdiyini deyən Peskov, bu məsələ ilə bağlı heç bir məlumata sahib olmadıqlarını bildirib. Rusiyanın "Burevestnik" kruiz raketini və "Poseidon" pilotsuz sualtı qayığını sınaqdan keçirdiyini qeyd edən Peskov, bunların nüvə sınaqları olmadığını iddia edib.

Qeyd edək ki, Donald Tramp ABŞ-nin 30 ildən çoxdur dayandırdığı nüvə silahı sınaqlarının bərpa edilməsini əmr edib. O, qərarını Rusiya və Çin kimi ölkələrin sınaq proqramlarındakı irəliləyişləri ilə əsaslandırıb. Bundan əvvəl, Vladimir Putin nüvə enerji blokuna malik “Poseidon” torpedasının həm sualtı qayıq mühərriki, həm də nüvə bloku ilə uğurla sınaqdan keçirildiyini açıqlayıb.

Chosen
33
metbuat.az

1Sources