EN

Qaş düzəltmək istədilər, göz çıxardılar: Kürdəxanı sakinlərinin etirazına səbəb olan yol

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Sabunçu rayonunun Əjdər Məlikov küçəsində aparılan təmir işlərindən sonra ərazidə vəziyyətin çətinləşdiyi bildirilir.

Sakinlər qeyd edirlər ki, təmir işlərindən sonra sözügedən yolda işıqforun olmaması məktəblilərin yolu təhlükəsiz şəkildə keçməsinə mane olur.

Digər bir problem isə küçədəki işıqların kəsilməsidir. Bu səbəbdən xüsusilə axşam saatlarında təhlükə daha da artır.

Bundan başqa, dayanacağın yerinin dəyişdirilməsi də vətəndaşların hərəkətini çətinləşdirib. Sakinlərdən biri vəziyyəti belə şərh edib:

"Saatda 80-90 km sürətlə maşınlar gəlir, yolu keçmək mümkün deyil. Bizim burada şüşəli dayanacağımız var idi. Əsaslı təmirdən sonra onu ləğv etdilər. Camaat uşağını məktəbə aparıb-gətirir, bu zaman yağışın altında qalırlar. Dayanacağı sakinlərin olmadığı bir yerə, uzağa aparıb qoyublar".

Daha ətraflı Baku TV-nin videomaterialında:

Qaş düzəltmək istədilər, göz çıxardılar: Kürdəxanı sakinlərinin etirazına səbəb olan yol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
54
2
oxu.az

3Sources