EN

Bakıda 2 qadını maşın vurub öldürdü

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Dünən Bakıda piyadaların ölümü ilə nəticələnən ağır yol qəzaları baş verib.

“Qafqazinfo” xəbər verir ki, Sabunçu rayonunda 1996-cı il təvəllüdlü P.Şükürov idarə etdiyi “Renault” markalı avtomobillə 1989-cu il təvəllüdlü piyada Könül Məmmədakif qızı Məmmədovanı vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Oxşar hadisə Səbail rayonunda da qeydə alınıb. 2002-ci təvəllüdlü S.Mehdizadə “Hyundai Elantra” markalı avtomobillə Dövlət Bayrağı Meydanının yaxınlığında 1988-ci il təvəllüdlü piyada Axundova Vlada Vladislavovnanı vurub. 37 yaşlı qadın hadisə yerində vəfat edib.

Hər iki faktla bağlı cinayət işi başlanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
26
5
qafqazinfo.az

9Sources