Bakıda avtomobil 37 yaşlı qadını vuraraq öldürüb.
APA xəbər verir ki, hadisə Səbail rayonunda baş verib.
Belə ki, 2002-ci təvəllüdlü Seyfulla Mehdizadə idarə etdiyi “Hyundai Elantra” markalı avtomobillə “Dövlət Bayraq” meydanının yaxınlığında piyada 1988-ci il təvəllüdlü Axundova Vlada Vladislavovnanı vurub.
Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
 
                        