ABŞ prezidenti Donald Tramp ölkənin nüvə arsenalının etibarlılığını təmin etmək məqsədilə ona yenidən baxılması barədə göstəriş verib.
Doğru.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti J.D. Vens məlumat verib.
“Biz onun düzgün işlədiyini bilirik, lakin onu daim nəzarət altında saxlamaq lazımdır. Prezident sadəcə olaraq hər şeyin işlədiyinə əmin olmaq istəyir”, – RİA Novosti onun sözlərindən sitat gətirir.
Xatırladaq ki, J.D. Vens bundan əvvəl də bəyan etmişdi ki, ABŞ-ın nüvə silahı sınaqlarını vaxtaşırı keçirməsi vacibdir.
DOĞRU.AZ