BAKI, 31 oktyabr. TELEQRAF
Fövqəladə Hallar Nazirliyi ilə “Bakı Metropoliteni” QSC metronun “Neftçilər” və “Xalqlar Dostluğu” stansiyalarında “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda 31 oktyabr 2025-ci il, gecə saat 01:00 radələrində birgə taktiki təlim keçirəcək.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.