EN

“Ramiz Mehdiyev Müsavatla bağlı bu qərara mane olmaq istəyirdi“ Tanınmış YAP-çı

Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyev Müsavat Partiyasının qərargahının şəhərin mərkəzindən Binəqədi rayonu ərazisinə köçürülməsinin qarşısını almağa çalışırmış.

“Yeni Sabah” xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının rəsmi mətbuat orqanı olan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, keçmiş deputat Alqış Həsənoğlu bildirib.

“Ramiz Mehdiyevin Musavat Partiyasına da xüsusi sevgisi vardı... 2003-cü ildə Müsavat partiyası şəhərin mərkəzindəki (Zərifə Əliyeva prospekti -37 , Şəhriyar klubunun yanı) qərargahından Binəqədi rayonunun Dərnəgül qəsəbəsinə köçürülərkən Mehdiyev çox məyus olmuşdu. Mane olmağa çalışdı. Amma bacarmadı”, - o, sosial şəbəkə hesabında yazıb. Pepperoni pizza

Nazim Hacıyev


Telegram kanalımız
Chosen
7
4
yenisabah.az

5Sources