Hurriyyet saytından verilən məlumata görə, ain.az xəbər verir.
Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyev Müsavat Partiyasının qərargahının şəhərin mərkəzindən Binəqədi rayonu ərazisinə köçürülməsinin qarşısını almağa çalışırmış.
Hurriyyet.az xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının rəsmi mətbuat orqanı olan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, keçmiş deputat Alqış Həsənoğlu bildirib.
“Ramiz Mehdiyevin Musavat Partiyasına da xüsusi sevgisi vardı... 2003-cü ildə Müsavat partiyası şəhərin mərkəzindəki (Zərifə Əliyeva prospekti -37 , Şəhriyar klubunun yanı) qərargahından Binəqədi rayonunun Dərnəgül qəsəbəsinə köçürülərkən Mehdiyev çox məyus olmuşdu. Mane olmağa çalışdı. Amma bacarmadı”, - o, sosial şəbəkə hesabında yazıb.
yenisabah.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.