EN

Sumqayıtda bank kartından oğurluq edən şəxs yaxalandı


Sumqayıt şəhərində bir nəfərin bank kartından pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, şəhər sakini polisə müraciət edərək itirdiyi bank kartından pul vəsaitinin talandığını bildirib.

Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən F.Ələkbərov saxlanılıb.

Araşdırma aparılır.

ZÜMRÜD

Chosen
3
6
baki-xeber.com

7Sources