AZ

Sumqayıtda bank kartından oğurluq edən şəxs saxlanılıb

Sumqayıt şəhərində bir nəfərin bank kartından pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şəhər sakini polisə müraciət edərək itirdiyi bank kartından pul vəsaitinin talandığını bildirib.

Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən F.Ələkbərov saxlanılıb.

Araşdırma aparılır.

Seçilən
2
6
yeniazerbaycan.com

7Mənbələr