Oktyabrın 30-da Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarına Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində daşla ziyan vuran şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli Ekologiya.az-a bildirib ki, əməli törədənlər - 2010-cu il təvəllüdlü iki yeniyetmə valideynləri ilə Sabunçu Xətt Polis Şöbəsinə dəvət olunublar.
Onlar barəsində müvafiq qanunvericiliyə uyğun profilaktik məsuliyyət tədbirləri görülüb.