BAKI, 31 oktyabr. TELEQRAF
Çinin müdafiə naziri Dong Jun cümə günü amerikalı həmkarı Pit Heqset ilə ASEAN Müdafiə Nazirlərinin 12-ci Toplantısı-Plus çərçivəsində görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb. .
Donq Jun Çin Prezidenti Si Cinpin və ABŞ Prezidenti Donald Trampın Koreya Respublikasında uğurlu görüş keçirdiklərini, Çin-ABŞ münasibətlərinin növbəti mərhələsinin davamlı inkişafı üçün strateji istiqamətlər müəyyən etdiklərini açıqlayıb.
O qeyd edib ki, iki ölkənin müdafiə nazirlikləri iki liderin əldə etdiyi konsensusun həyata keçirilməsi üçün konkret addımlar atmalı vəhörmətə, dinc yanaşı yaşamaya, davamlı inkişafa əsaslanan hərbi əlaqələrin qurulması istiqamətində çalışmalıdırlar.