EN

Bu mobil operator qiymətləri QALDIRIR

Ajans.az  xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub. Belə ki, qərara əsasən, dekabrın 1-dən “GigaMax” və “GigaMax+” internet paketləri üzrə qiymətlər 2 manat artırılaraq müvafiq olaraq 16,9 manatdan 18,9 manata və 26,9 manatdan 28,9 manata qaldırılıb. Bununla yanaşı tariflər üzrə müvafiq olaraq indiyədək mövcud olan 1 və 7 mb/s maksimal sürət limitləri aradan qaldırılır. Tariflər üzrə müvafiq olaraq təqdim edilən 60 və 80 GB internet həcmi isə olduğu kimi qalıb. Eyni zamanda dekabrın 1-dən etibarən “GigaMax” və “GigaMax+” internet paketlərə yeni qoşulmalar dayandırılır.

Göstərilən tarixədək bu paketləri aktivləşdirən abunəçilər mövcud abunəliklərini ləğv edənədək xidmətlərdən istifadəni davam etdirə biləcəklər. (iqtisadiyyat.az)

Chosen
50
9
Ajans.az

10Sources