AZ

“Azercell” iki internet paketi üzrə tarifləri artırıb

“Azercell Telekom” MMC daha iki internet paketi üzrə tarifləri artırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub. 

Belə ki, qərara əsasən, dekabrın 1-dən “GigaMax” və “GigaMax+” internet paketləri üzrə qiymətlər 2 manat artırılaraq müvafiq olaraq 16,9 manatdan 18,9 manata və 26,9 manatdan 28,9 manata qaldırılıb. 

Bununla yanaşı tariflər üzrə müvafiq olaraq indiyədək mövcud olan 1 və 7 mb/s maksimal sürət limitləri aradan qaldırılır. 

Tariflər üzrə müvafiq olaraq təqdim edilən 60 və 80 GB internet həcmi isə olduğu kimi qalıb. 

Eyni zamanda dekabrın 1-dən etibarən “GigaMax” və “GigaMax+” internet paketlərə yeni qoşulmalar dayandırılır. 

Göstərilən tarixədək bu paketləri aktivləşdirən abunəçilər mövcud abunəliklərini ləğv edənədək xidmətlərdən istifadəni davam etdirə biləcəklər. 

Seçilən
10
9
operativmm.az

10Mənbələr