Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 655,437 milyon manat sığorta haqqı toplanılıb.
Aznews.az xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17 % çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 33,5 % artaraq 484,664 milyon manata çatıb.
Beləliklə, 9 ayda həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 73,9 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 64,8 manat təşkil edib.