AZ

Azərbaycanda həyat sığortası haqları 9 ayda 17% artıb

 ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyat sığortası növləri üzrə 655,4 milyon manat sığorta haqqı toplanıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17% çoxdur, – bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankı yayıb.

Hesabat dövründə həyat sığortası üzrə ödənişlər 33,5% artaraq 484,7 milyon manata çatıb. Beləliklə, bazarda toplanan hər 100 manat sığorta haqqının 73,9 manatı müştərilərə geri ödənilib. Ötən il bu göstərici 64,8 manat olub.

Ümumilikdə 2025-ci ilin ilk 9 ayında ölkədə fəaliyyət göstərən 16 sığorta şirkəti üzrə 1,16 milyard manat sığorta haqqı yığılıb ki, bu da illik müqayisədə 13% artım deməkdir.

Hesabat dövründə şirkətlərin ümumi ödənişləri 683,9 milyon manat təşkil edib (+23,5%). Beləliklə, ümumi sığorta bazarında hər 100 manat sığorta haqqının 59,1 manatı ödənişlərə yönəlib, ötən il bu göstərici 54,1 manat idi.


Seçilən
0
2
anews.az

10Mənbələr