EN

Pxenyan Seulun nüvəsizləşdirmə təşəbbüsünü xam xəyal sayır

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Şimali Koreyanın xarici işlər nazirinin müavini Pak Men Ho Koreya yarımadasının nüvəsizləşdirilməsini Cənubi Koreyanın xam xəyalı adlandırıb.

Oxu.Az bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən xəbər verir.

Diplomatın sözlərinə görə, Cənubi Koreyada hələ də başa düşmürlər ki, Şimali Koreyanın nüvə statusunun inkar edilməsi və yarımadanın nüvəsizləşdirilməsinə can atmaqla bağlı mütəmadi bəyanatlar Seulun "ağılsızlığına" dəlalət edir.

Daha əvvəl isə məlumat verilmişdi ki, yarımadanın nüvəsizləşdirilməsi məsələsi APEC sammiti çərçivəsində Cənubi Koreya prezidenti Li Çje Myon və Çin lideri Si Cinpin arasında müzakirə olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
96
oxu.az

1Sources