EN

Ermənistan Ararat dağının təsviri olmayan pasportlara möhür vurmağa başlayıb

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) sərhədçiləri 1 noyabrdan etibarən ölkəyə giriş və çıxış möhürlərinə Ararat dağının təsviri olmayan möhür vurmağa başlayıblar.

Bizimyol.info xəbər verir ki, möhürlərin video və fotoşəkilləri Ermənistanın sosial mediasında yerləşdirilib.

Sosial mediada istifadəçiləri möhürlərdə sadəcə təyyarənin təsvirinin və ingilis dilində "Zvartnots" - Yerevan Beynəlxalq Hava Limanının adı, eləcə də həm erməni, həm də ingilis dillərində "Armenia" yazısının olduğunu qeyd edirlər.

Ermənistan hökuməti 11 sentyabrda sərhəd möhürlərindən Ararat dağının təsvirini çıxarmaq qərarına gəlib. Bu tədbir Türkiyənin Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıçın səfərindən bir qədər əvvəl qəbul edilib.

Müxalifət iddia edir ki, bu addım Baş nazir Nikol Paşinyanın Türkiyəyönlü siyasətinin daha bir təzahürüdür.

Ermənilər Türkiyə ərazisində olan Ararat dağını erməni xalqının simvolu kimi təqdim edirlər. Dağ Sovet Ermənistanının gerbində təsvir olunub.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
43
icma.az

1Sources