EN

"ChatGPT"nin hüquqi və tibbi məsləhətlər verməsi QADAĞAN EDİLDİ

"OpenAI" şirkəti "ChatGPT" süni intellekt sisteminə bir sıra yeni məhdudiyyətlər qoyub, o cümlədəm hüquqi və tibbi məsləhətlər verməyi rəsmi şəkildə qadağan edib. Ajans.az şirkətin dərc etdiyi yeni İstifadə Siyasətlərinə istinadən xəbər verir ki, şirkət bu məhdudiyyəti "alətlərimizin təhlükəsiz və məsuliyyətli şəkildə istifadəsini hədəfləyirik" şəklində izah edib. "Şərtlərimiz və siyasətlərimiz məqbul istifadə üçün müəyyən məhdudiyyət qoyur. Biz insanları xidmətlərimizdən düzgün istifadə etməmələrinə görə məsuliyyətə cəlb edirik və qaydalarımızı və təhlükəsizlik tədbirlərimizi pozmaq və ya kənara çıxmaq istifadəçilərin sistemlərimizə giriş imkanınını itirməyinə və ya digər cəzalarla üzləşməsinə səbəb ola bilər."

Yeni qəbul edilən istifadə qaydalarında hüquqi və ya tibbi məsləhət kimi lisenziya tələb edən xüsusi məsləhətlərin verilməsi qadağan edilib.

Chosen
61
Ajans.az

1Sources