EN

Suriya "İŞİD"ə qarşı mübarizə aparan koalisiyaya qoşula bilər

Vaşinqton administrasiyası Suriya hakimiyyətinin "İŞİD" terror qruplaşması ilə mübarizə aparan ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaya qoşulmasını elan etməsini gözləyir.

“İki sahil” xəbər verir ki, bunu Bəhreyndə Manama Dialoqu forumunda çıxış edən ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak deyib.

Onun sözlərinə görə, Suriya hakimiyyəti müvafiq sənədi "imzalamaq niyyətindədir".

Barak əlavə edib ki, müvəqqəti hökumətin xarici işlər naziri Əsəd əl-Şeybani "bunu sabah (bazar günü – Qeyd) elan edə bilər: "Bu, böyük addımdır".

Diplomat forumun kənarında jurnalistlərə Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Vaşinqtona səfərinin gözlənildiyini də bildirib. Onun sözlərinə görə, Əl-Şaraa bu səfər zamanı Suriyanın yuxarıda adı çəkilən koalisiyaya qoşulmasını elan edə bilər.

Chosen
80
ikisahil.az

1Sources