Azərbaycan milli komandası və "Kayzerslautern" komandasının üzvü Mahir Emreli vəfat edən qohumu Sabit Ağayev ilə bağlı paylaşım edib.

Offsideplus.az xəbər verir ki, o, sosial şəbəkə səhifəsində bu sözləri yazıb:

“Limanı tərk edə bilmədiyimizdəndir, bəlkə bu qədər acı, bu qədər hüzün… canımızı yaxanların hamısı canımızdı…”

Xatırladaq ki, 1988-ci il təvəllüdlü Sabit Şəhriyar oğlu Ağayevin meyiti Zaqatalanın Aşağı Tala kəndində yaşadığı ünvanda yardımçı tikilidən asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkarlanıb.

Sabit Ağayev Mahir Emrelinin dayısı oğludur.