EN

Mahir Emrelidən ölən dayısı oğlu ilə bağlı PAYLAŞIM - FOTO

Xəbər verdiyimiz kimi Zaqatalada 37 yaşlı kişinin meyiti tapılıb. Rayonun Aşağı Tala kənd sakini, 1988-ci il təvəllüdlü Sabit Şəhriyar oğlu Ağayevin meyiti yaşadığı ünvanda yardımçı tikilidən asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkarlanıb. O, millimizin futbolçusu Mahir Emrelinin dayısı oğludur.

Paralel.az xəbər verir ki , futbolçu qohumunun ölümü ilə bağlı paylaşım edib.

O, dayısı oğlu ilə birgə çəkilmiş fotosunu paylaşaraq bunları yazıb: “Limanı tərk etməyi bilmədiyimiz üçündür, bəlkə də bu qədər ağrı-acı. Canımızı yandıranlar canımız idi”.



Chosen
24
1
paralel.az

2Sources