EN

Kris Rayt: Nüvə arsenalının yenilənməsi risk altındadır

BAKI, 2 noyabr. TELEQRAF

ABŞ hökumətinin fəaliyyətinin dayandırılması Amerikanın nüvə arsenalının modernləşdirilməsinə ciddi təhlükə yaradır.

Teleqraf xəbər verir ki, bunu ABŞ energetika naziri Kris Rayt deyib.

Onun sözlərinə görə, hökumətin bağlanması Energetika Nazirliyinin podratçılara ödəniş etmək imkanını məhdudlaşdırır və bu da nüvə silahlarının yaradılması, dizaynı və döyüş qabiliyyətinin saxlanması işlərinə mənfi təsir göstərir:

“Hazırda bizim nüvə arsenalımız Müdafiə Nazirliyinin nəzarəti altındadır, lakin onun modernləşdirilməsinə Energetika Nazirliyi cavabdehdir. Əgər hökumət bağlanması davam etsə, bu sahədə çalışan mütəxəssislərin bir çoxu işsiz və təzminatsız qala bilər".

K.Rayt bildirib ki, nüvə infrastrukturunun modernləşməsi risk altında qalmamalıdır: "Bu məsələ ilə bağlı daha sağlam düşüncəli siyasətçilərin qərarına ehtiyac var”.

Chosen
70
teleqraf.com

1Sources