EN

İngiltərədə qatarda bıçaqlı hücum: 10 nəfər yaralanıb

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

İngiltərədə qatarda soyuq silahdan istifadə edilməklə baş vermiş insident nəticəsində bir neçə nəfər xəsarət alıb.

Oxu.Az bildirir ki, bu barədə Kembricşir qraflığı polisinin yaydığı məlumatda deyilir.

Məlumata görə, böyük bıçaqla silahlanmış kişi qatarda insanlara hücum etməyə başlayıb.

Hadisə nəticəsində 10 nəfər xəstəxanaya yerləşdirilib, onlardan doqquzunun həyatı təhlükəsi var.

Qeyd edilir ki, hücumda şübhəli bilinən iki nəfər həbs edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
35
1
oxu.az

2Sources