Ajans.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Məlumata görə, naməlum şəxslər Donkaster-London reysi ilə hərəkət edən qatarda sərnişinlərə hücum edib. Baş verən bıçaqlanma hadisəsində 10 nəfər yaralanıb. Yaralılardan 9-nun vəziyyəti ağırdır. Baş nazir Keyr Starmer hadisəni dəhşətli insident adlandırıb. Hadisə nəticəsində 2 şübhəli şəxs saxlanılıb, istintaq davam edir.